İsmayıllıda oğurluq edən şəxs tutulub

İsmayıllıda oğurluq edən şəxs tutulub
# 06 may 2021 13:03 (UTC +04:00)

İsmayıllı rayonu Bizlan kəndi ərazisindəki mağazadan tütün məmulatları, pul, telefon danışıq kartları, spirtli içkilər və müxtəlif qida məhsulları oğurlanması barədə RPŞ-yə müraciət olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlinin Balakən rayon sakini Məhəmməd Əmrəliyev və tanışı tərəfindən törədildiyi müəyyən edilib. Keçirilən tədbirlərlə M.Əmrəliyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı onların bal məhsullarının satışı ilə məşğul olan şəxsin həyətyanı sahəsindən şüşə qablardakı 40 kiloqram balı və mürəbbələri də oğurladıqları məlum olub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, oğurluqda iştirak edən digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR