Media nümayəndələri Şirvan Reabilitasiya Mərkəzində qazilərə göstərilən xidmətlərlə tanış olublar - FOTO - VİDEO

Media nümayəndələri Şirvan Reabilitasiya Mərkəzində qazilərə göstərilən xidmətlərlə tanış olublar - <span class="red_color">FOTO</span> - <span class="red_color">VİDEO</span>

© APA | Şirvan Reabilitasiya Mərkəzi, qazilərə göstərilən xidmətlər

# 18 may 2021 12:58 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olmaq üçün mediatur təşkil edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, mediaturda bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlik tərəfindən son illərdə reabilitasiya infrastukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər aparılıb. 2019-2020-ci illərdə və cari ilin ilk rübündə Şirvan şəhərindəki Reabilitasiya Mərkəzi də daxil olmaqla 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidən qurmadan sonra, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib.

Qeyd olunub ki, açılan bu müəssisələr qazilərimizin də keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında xüsusi əhəmiyyət kəsb edir. Postmüharibə dövründə həmin reabilitasiya müəssisələrində 1300 qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib və bu sahədə işlər davam edir. Eləcə də, 17 hərbçi yüksək texnologiyalı müasir protezlə, əlavə olaraq 650 müharibə əlili 4460 reabilitasiya vasitəsi, o cümlədən 71 qazi  mühərrikli təkərli oturacaqla təmin  edilib.

Daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün müvafiq ölçülər götürülüb.  Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb.

Media nümayəndələri Şirvan Reabilitasiya Mərkəzində Vətən müharibəsi iştirakçıları ilə bağlı aparılan reabilitasiya işləri ilə tanış olub, göstərilən xidmətlər barədə qazilərin fikirlərini öyrəniblər. Müəssisədə yeni müasir tibbi-reabilitasiya avadanlıqlarından istifadə  olunmaqla və səmərəli fizioterapevtik üsullar, həmçinin müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq edilməklə reabilitasiya xidmətləri göstərilir.

Jurnalistlərə  reabilitasiya sistemində də elektron texnologiyaların geniş tətbiqi, yeni qurulan “Reabilitasiya” altsistemi, ona uyğun veb-əsaslı növbəlilik sistemi, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sistemi barədə də məlumat verilib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR