Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,82 milyon manat ayrılıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 06 may 2021 14:41 (UTC +04:00)

Prezident İlham Əliyev bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən, əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
26 ədəd subartezian quyusunun qazılacağı yerlərin siyahısı:

Sıra

№-si

Şəhərin, rayonun adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

Gəncə

1

Şıxzamanlı qəsəbəsi

6773

Naftalan

1

Qaşaltı Qaraqoyunlu kəndi

930

Yevlax

3

Hacımahmudlu kəndi

635

Qaramanlı kəndi

878

Nurallar kəndi

247

Goranboy

10

Əlirzalı kəndi

1248

Hazırəhmədli kəndi

1183

Xınalı kəndi

1061

Qaradağlı kəndi

3723

Qaramusalı kəndi

1181

Qızılhacılı qəsəbəsi (3 quyu)

7206

Muzdurlar kəndi

1596

Səfikürd kəndi

4990

Göygöl

5

Balçılı kəndi

2350

Quşqara kəndi (2 quyu)

1698

Nadil kəndi

1359

Səmədli kəndi

470

Samux

6

Aşağı Ağasıbəyli kəndi

522

Çobanabdallı kəndi

3030

Hacıalılı kəndi

1300

Qarayeri qəsəbəsi

6299

Qovlarsarı kəndi

1545

Samux şəhəri

10474

Cəmi:

26

23

60 698

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR