Əməyin Mühafizəsi Mərkəzinin Nizamnaməsi hazırlanır

Əməyin Mühafizəsi Mərkəzinin Nizamnaməsi hazırlanır
# 28 aprel 2021 11:32 (UTC +04:00)

“Əməyin Mühafizəsi Mərkəzinin Nizamnaməsinin layihəsi hazırlanıb”.

APA-nın məlumatına görə, Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Heydərov deyib.

O bildirib ki, layihənin təsdiq edilməsi istiqamətində işlər aparılır: “Mərkəzin fəaliyyət istiqamətlərinə əmək hüquqları, əməyin mühafizəsi, əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri, fərdi və kollektiv mühafizə vasitələrinin sertifikatlaşdırılması, standart norma və qaydaların müəssisələrdə tətbiqi, sertifikasiya və inspeksiya nəzarətinin keçirilməsi, iş yerlərinin attestasiyası və təlimlər daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR