Ramazan münasibətilə "Təzəpir" məscidində bayram namazı qılınıb - VIDEO - FOTO

"Təzəpir" məscidində bayram namazı

© APA | "Təzəpir" məscidində bayram namazı

# 13 may 2021 10:01 (UTC +04:00)

"Təzəpir" məscidində bayram namazı başa çatıb.

APA-nın məlumatına görə, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

***

09.51

Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınır.

APA-nın məlumatına görə, bayram namazı "Təzəpir" məscidində başlanıb.

Bayramı namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınır.

Xatırladaq ki, QMİ Qazılar Şurasının fətvasına əsasən, Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə aprelin 14-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə mayın 13-nə təsadüf edir.

Bu gün "Əjdərbəy" məscidində də bayram namazı təşkil edilib.

Bundan başqa, bu gün səhər Şuşa şəhərinin Yuxarı Gövhər Ağa məscidində də bayram namazı qılınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR