Sumqayıtda gecə saatlarında ağacları kəsən şəxs cərimələnib - YENİLƏNİB

Sumqayıtda ağaclar qanunsuz kəsilib

© APA | Sumqayıtda ağaclar qanunsuz kəsilib

# 12 may 2021 14:13 (UTC +04:00)

Sumqayıt şəhəri, 30-cu məhəllə 4/6 saylı binanın yaxınlığında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

APA-nın məlumatına görə, Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə Ağanasib Kamilov tərəfindən 2 ağacın kəsildiyi və təbiətə 2700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Sumqayıt şəhər prokurorluğuna göndəriləcək. Kəsilmiş ağacların yerinə isə yeniləri əkilib", - deyə F. Piriyev bildirib.

***

09:49

Sumqayıt şəhərində gecə saatlarında ağaclar kəsilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin 30-cu məhəlləsində 4/6 saylı binanın yaxınlığında olan ağaclıq olan ərazidə qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ərazidə olan yaş kök üstə, bioloji inkişafda olan 2 ədəd şam və küknar ağacını kəsərək məhv ediblər.

Ərazidə yaşayan sakinlərin etirazından sonra həmin şəxslər oranı tərk ediblər. Polisə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, baş verən hadisədən xəbərdardırlar: “Hadisə yerinə baxış keçirilib, araşdırma aparılır. Hüquqi qiymət veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR