TƏBİB-in departament müdiri: Koronavirusa ən çox yoluxmaya qadınlarda rast gəlinir

Yaqut Qarayeva

© APA | Yaqut Qarayeva

# 06 may 2021 12:08 (UTC +04:00)

“Pandemiyanın ilk günlərindən bu günə qədər koronavirusa yoluxmanın yaş qruplarında vəziyyət dəyişməyib”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, qadın və kişilər arasındakı bölgü də dəyişməyib: “Ən çox yoluxma qadınlarda rast gəlinir. Rayonlarda bu gün diqqəti cəlb edən heç nə yoxdur, vəziyyət stabildir. Bakıda Binəqədi və Xətaidə yoluxmalar hər zaman yüksək olub. Bu gün ölkəmizdə epidemioloji vəziyyət stabildir. Karantin şəraiti və vətəndaşlarımızın qaydalara əməl etməsi bizi bu məqama çatdırıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR