Vətən müharibəsində itkin düşmüş hərbçinin 7 ay sonra nəşi tapılıb - YENİLƏNİB

Şəhid Rəhmətov Əbülfəz Hüseynverdi oğlu

© APA | Şəhid Rəhmətov Əbülfəz Hüseynverdi oğlu

# 06 may 2021 21:50 (UTC +04:00)

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Bu barədə APA-ya şəhidin qardaşı məlumat verib.

Vətən müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun Cəbrayıl rayonu ərazisində nəşi tapılıb.

Şəhid sabah böyüyüb boya-başa çatdığı kənddə dəfn olunacaq.

Qeyd edək ki, kapitan Ə.Rəhmətov Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

Allah rəhmət eləsin!

***

21:33

Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Cəbrayıl rayonu ərazisində aşkar edilib.

APA-nın məlumatına görə, şəhid Lerik rayonunun Anbu kəndindəndir.

Sabah onun nəşi Cəbrayıldan Lerik rayonuna gətiriləcək.

Qeyd edək ki, Ə.Rəhmətovun iki övladı var.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR