Xaçmazda Zəfər parkı inşa edilir - FOTO - VİDEO

Xaçmazda Zəfər parkı inşa edilir

© APA | Xaçmazda Zəfər parkı inşa edilir

# 18 may 2021 09:56 (UTC +04:00)

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, eləcə də sakinlərin mənalı istirahətini təmin etmək məqsədilə Xaçmaz rayonunda Zəfər parkı inşa edilir.

Xaçmaz Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Xaçmaz şəhərinin Heydər Əliyev prospektində inşa edilən Zəfər parkı 4 hektar ərazini əhatə edir.

Parkda şanlı qələbəmizi özündə əks etdirən Zəfər muzeyi və internet kitabxana yaradılır. Bundan başqa ərazidə süni göl, fontan, müxtəlif ictimai iaşə obyektləri fəaliyyət göstərəcək.

Parkda müxtəlif idman qurğuları, velosiped zolağı, uşaqların əyləncəsi üçün atraksionlar, açıq havada müxtəlif tədbirlərin təşkili məqsədi ilə səhnə də yaradılacaq.

Hazırda Zəfər parkında son tamamlanma işləri gedir. İşıq dirəkləri basdırılır, yerə tamet döşənir, ətraf ərazilər yaşıllaşdırılır. Ümumilikdə istirahət məkanında 11 min kvadratmetr ərazi tamet, 15 min kvadratmetr sahə isə yaşıllıq zonası olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR