Xarici diplomların tanınması üçün müraciət asanlaşır

TKTA

© APA | TKTA

# 06 may 2021 16:05 (UTC +04:00)

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron ərizə sistemini vətəndaşların istifadə rahatlığı üçün daim təkmilləşdirir. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların tanınma üzrə daha da rahat müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verib.

Keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR