Sevda Ələkbərzadənin “Şəbi-hicran” layihəsinin CD və DVD variantları hazırlanıb

Sevda Ələkbərzadənin “Şəbi-hicran” layihəsinin CD və DVD variantları hazırlanıb
# 11 yanvar 2007 13:40 (UTC +04:00)
Sevda Ələkbərzadənin iki ilə yaxın üzərində işlədiyi “Şəbi-hicran” layihəsinin CD və DVD variantı hazırdır. Bu barədə APA-ya açıqlama verən sənətçinin sözlərinə görə, “Şəbu-hicran” layihəsinin təqdimatı yanvarın 26-da keçiriləcək. Sənətçinin sözlərinə görə, layihənin həyata keçirilməsi üçün Avropanın bir sıra ölkələrində və Amerikada iş aparılıb: “Bu layihənin həyata keçməsi üçün iki il sərf etmişəm. İnanıram ki, əziyyətimin bəhrəsinin görəcəyəm və pərəstişakralrım, sənət dostlarım bunu yüksək qiymətləndirəcəklər. Mən bu günə kimi Azərbaycanda bu cür CD və DVD versiyası görməmişəm. Bu layihədə bütün mahnılar canlı orkestrlə müşayiət olunub. Çox sevinirəm ki, belə bir CD və DVD-nin ilkin variantı mənə məxsusdur”. S. Ələkbərzadə bildirib ki, CD və DVD-nin ən aşağı qiyməti 30 manat olacaq. Onun sözlərinə görə, layihə olduqca bahalı olduğu üçün və çox yüksək səviyyədə həyata keçirildiyi üçün bu qiymət normal hesab olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR