Sərdar Ortac 8 martda Heydər Əliyev adına Sarayda konsert verəcək

Sərdar Ortac 8 martda Heydər Əliyev adına Sarayda konsert verəcək
# 23 yanvar 2007 14:29 (UTC +04:00)
Martın 8-də Heydər Əliyev adına Sarayda Türkiyənin tanınmış müğənnisi Sərdar Ortac konsert verəcək. Konsertin təşkilatçısı Nahid Emiloğlu APA-ya bildirib ki, artıq sənətçi ilə müqavilə imzalanıb və səfərə hazırlıq işləri başlayıb: “Bu, mənim Azərbaycan qadınlarına bayram təbrikim olacaq. Ötən dəfə sənətçinin səfəri alınmasa da, bu dəfə Sərdar Ortac yeni repertuarı ilə Azərbaycanda çıxış edəcək”. N.Emiloğlu bildirib ki, sənətçi martın 7-də şəhərimizə gələcək və konsertin səhərisi günü Türkiyəyə dönəcək. Sənətçi ölkəmizə öz musiqiçiləri və vokalçıları ilə gələcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR