Teymur Əmrah: “Şəbi-hicran”ı Sevda Ələkbərzadə kimi oxuyanda Azərbaycanın görkəmli xanəndələrinin ruhu inciyir”

Teymur Əmrah: “Şəbi-hicran”ı Sevda Ələkbərzadə kimi oxuyanda Azərbaycanın görkəmli xanəndələrinin ruhu inciyir”
# 26 aprel 2007 15:16 (UTC +04:00)
“Mən yalnız 20 ildən sonra disk buraxacağam”. APA-nın məlumatına görə, bunu müğənni Teymur Əmrah deyib. Həmişə narazılığını ifadə edən T. Əmrah bu gün “Azəri-star” müsabiqəsinin iştirakçılarının heç birindən razı olduğunu, müsabiqədə hər il münsiflər heyətində dəyişiklik olduğunu, ancaq İlhamə Quliyevanın dəyişmədiyini bildirib: “Bəlkə də o, komissiyanın sədridir, bizim xəbərimiz yoxdur. Musiqi müsabiqəsinin münsiflər heyətində təmsil olunan sənət adamı musiqini dərindən bilməlidir”. T. Əmrah bu günə kimi də fəxri ada layiq görülmədiyinə də təəccüblənib. O, fəxri adı yalnız ev almaq üçün istədiyini də gizlətməyib.
Müğənni “Evrovishion”da Azərbaycanı təmsil edə biləcək şəxslər kimi Gülyanaq və Gülyaz Məmmədova bacılarının adını çəkib. Azərbaycanın xalq mahnılarını və muğamları oranjeman variantda təqdim etməyin əleyhinə olan sənətçi “Sevda Ələkbərzadə “Şəbi-hicran”ı bu formada oxumasın. “Şəbi-hicran”ı belə oxuyanda Azərbaycanın görkəmli xanəndələrinin ruhu inciyir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR