Xalq artisti Şərqiyə Hüsyenova: “Şounu tərk etməyimə dözə bilməyən Mübariz Tağıyevin qan təzyiqi qalxdı”

Xalq artisti Şərqiyə Hüsyenova: “Şounu tərk etməyimə dözə bilməyən Mübariz Tağıyevin qan təzyiqi qalxdı”
# 22 may 2007 12:06 (UTC +04:00)
“Bu şouda Elməddin əsil aktyorluq edir. Onu da ikiüzlü bir insan kimi tanıdım. Mənim yarışmanı tərk etməyimdə Elməddinin də əli oldu. Onlar Mehriban Xanlarovanın əli ilə məni şoudan uzaqlaşdırdılar. Bu şouda özümə qarşı ikiüzlülük gördüm. Nicat neçə vaxt idi ki, mənim arxamca düşürdü , “burda oturmayın, orda oturun” deyirdi. Ancaq dünən onun da iç üzü açıldı. Ümumiyyətlə, bu insan xoşuma gəlmədi. Elməddindən çox incidim”. Bunu APA-ya açıqlamasında “Maşın” şoudan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova tərəfindən uzaqlaşdırılmış xalq artisti Şərqiyə Hüseynova deyib. Qalmaqalı heç xoşlamadığını vurğulayan Ş. Hüseynova bundan sonra şouda iştirak etmədiyinə sevinir: “Buna kimi şou çox rəvan keçirdi, ancaq bundan sonra böyük qalmaqal olacaq. Mən çox xoşbəxtəm ki, artıq “Maşın”da deyiləm. Mən Mehriban Xanlarovanın getməsi üçün min cür arqument gətirərdim, bunu özüm istəmədim. Bu şouya qatılmaq üçün bacarıqlı və ayıq olmalısan. Əvvəlcədən kimin necə gediş etdiyini bilməlisən. Ona görə də mənim kimi bir adam üçün belə bir şouda iştirak etmək və orada baş çıxartmaq çətindir. Dünən mən çıxmalıydım və bir nəfəri çıxartmalıydım. Amma uşaqlar səhər açılandan gəldilər yanıma və kimi çıxaracağımla maraqlandılar. Mən də özümün çıxıb getməyimin mümkün olduğunu dedim. İşim-gücüm tökülüb qalıb. Həmin günü kimisə çıxartmaq fikrim yox idi. Nicat, Mehriban, Elməddin yaxınlaşıb, onları çıxarmamağımı xahiş etdilər. Bu haldan çox iyrəndim. Mənim şəklim atılsaydı, getmək fikrim var idi və tamaşaçılara səs verməməkləri üçün müraciət edəcəkdim. Bunlar isə həyəcanlandılar, məni saxlayıb Mehribanı çıxartdılar və Mehribanın əli ilə məni şoudan kənarlaşdırdılar. Yaxşı müraciət etsəydim, onu üstələyə bilərdim, ancaq özüm etmədim. Həccə gedən, mömin insan belə oyuna qurşanar? Bütün möminlər ona qarşı çıxmışdılar”. Ş.Hüseynova açıqlamasında onu da deyib ki, o şouya maşın udmaq üçün deyil, sadəcə maraqlı tele-layihədə iştirak üçün qoşulub. M. Xanlarovanın efirdə “məni arxadan vurdular” açıqlmasına da münasibət bildirən aparıcı onu vurmaq fikrinin olmadığını deyib: “Mənə yaxınlaşdı və dedi ki “istəyirəm sona üç qadın qalaq”, mən də cavab verdim ki, “Mehriban, bu mümkün deyil”. Kişi və qadın anlayışı ilə tamamilə razı deyildim. Bəlkə ona görə Mehriban bir balaca narahat oldu. Mehriban Xanlarova mənim onun çıxarmayacağıma inanmadı”. O, şou başa çatdıqdan sonra Ş.Hüseynovanın şounun tərk etməsinə dözə bilməyən Mübariz Tağıyevin özünü yaxşı hiss etmədiyini və qan təzyiqinin artdığını deyib: “Mübariz Tağıyevin təzyiqi qalxdı və həkimlər tərəfindən müayinə olundu. Cavanlar hələ bir-birlərini çox didəcəklər. Mən bu şouda Xəyyamın qalib olmasını istəyərəm. Onun da canında var, ancaq o dərəcədə deyil”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR