İbrahim Tatlısəs: “Azərbaycanın qısa zamanda bu qədər dəyişəcəyini gözləmirdim”

İbrahim Tatlısəs: “Azərbaycanın qısa zamanda bu qədər dəyişəcəyini gözləmirdim”
# 31 may 2007 11:40 (UTC +04:00)
APA-nın məlumatına görə, Murad Dadaşovun masabəyi olduğu toy mərasiminə xalq artistləri İlhamə Quliyeva, Qəndab Quliyeva, Telman Adıgözəlov, Məleykə Əsədova, Niyaməddin Musayev, bəstəkar Şəfiqə Axundova, sənətçilər Ədalət Şükürov, Xatirə İslam, Vasif Məhərrəmli, Nadir Qafarzadə, Nadir Bayramlı, Xəyyam Nisanov, Könül Kərimova, bəstəkar Cabbar Musayev, Nura, “A trio” qrupu və başqaları qatılıblar. Toy mərasimində Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs də iştirak edib. Xatırladaq ki, bir neçə ay bundan əvvəl Nüşabə Ələsgərli oğlunun toyuna İbrahim Tatlısəsi gətirəcəyinə söz vermişdi. Toy mərasiminə öz musiqiçiləri ilə birgə təşrif buyuran türk sənətçisi repetuarında yer alan mahnıları ifa edib. İki saata yaxın davam edən çıxışı zamanı sənətçi Azərbaycanda olduğundan qürur hissi keçirdiyini və Bakı toyuna dəvətdən məmnun oludğunu vurğulayıb. Çıxışdan əvvəl açıqlama verən İbrahim Tatlısəs Azərbaycanın çox dəyişdiyini deyib: “Hazırda şəhər gəzintisindən gəlirəm. Sizin dövlət başçınızı təbrik edirəm, çünki Azərbaycan çox dəyişib. Gördüklərimə inanmadım. Bu qısa zamanda bu qədər inkişafı gözləmirdim”. Zala daxil olmamışdan əvvəl mətbəxə baş çəkən sənətçi, aşbazların işindən razı qaldığını da deyib: “Buradakı kababları çox bəyəndim. Türkiyədə də belə manqallar var”. Çıxışı zamanı isə salondakı bütün masalara yaxınlaşan İbrahim Tatlısəs qonaqları salamlayıb. Ancaq sənətçi onun şəkillərinin çəkilməsindən şikayətlənib: “İbrahim Tatlısəs rəsminin çəkilməsini sevmir. Onu əsəbiləşdirməyin”. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR