Xalq artisti İlhamə Quliyeva: “Övladımın toyuna heç zaman türk müğənnisi gətirmərəm”

Xalq artisti İlhamə Quliyeva: “Övladımın toyuna heç zaman türk müğənnisi gətirmərəm”
# 31 may 2007 10:26 (UTC +04:00)
“Övladımın toyuna heç zaman türk müğənnisi gətirmərəm”. Bu sözləri APA-ya müğənni Nüşabə Ələsgərlinin oğlunun toyuna türk müğənnisi İbrahim Tatlısəsi dəvət etməsinə münasibət bildirən xalq artisti İlhamə Quliyeva deyib. İ. Quliyeva vurğulayıb ki, övladının toy mərasimində kənar müğənnilər iştirak etməyəcək: “Çünki başqa yerdən sənətçi gətirməyə lüzum yoxdur. Azərbaycanda yetərincə istedadlı müğənnilər var. Öz müğənnilərimizə nə gəlib ki? ”. İ. Quliyevanın bu açıqlamasına münasibət bildirən Nüşabə Ələsgərli xalq artistinin fikrinə hörmətlə yanaşdığını deyib: “İlhamə Quliyevanın bu fikrini hörmətlə qarşılayıram. Zövqlər müxtəlif olur, o istəmir, mən istəyirəm. Sabah mənim bacım oğlunun toyunda da yerli müğənnilərə müraciət edəcək”. İbrahim Tatlısəsin artıq Bakını tərk etdiyini deyən N.Ələsgərli onun bu gəlişinin pulsuz başa gəldiyini də vurğulayıb: “İbrahim Tatlısəslə bizim əlaqələrimiz çox yaxındır. Onun bu səfəri üçün mən heç bir məbləğ ödəməmişəm. Ancaq yol haqqını ödəmişəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR