Xalq artisti İlhamə Quliyeva xəstəxanadan evə buraxılıb

Xalq artisti İlhamə Quliyeva xəstəxanadan evə buraxılıb
# 16 iyun 2007 10:19 (UTC +04:00)
Mərkəzi Neftçilər Xəstəxanasının nevrologiya şöbəsində hipertonik krizis diaqnozu ilə müalicə olunan xalq artisti İlhamə Quliyeva bu gün xəstəxanadan evə buraxılıb. Bu barədə APA-ya İ. Quliyevanın mətbuat katibi Faiq Ələkbərli deyib. Hazırda sənətçinin özünü çox yaxşı hiss etdiyini deyən mətbuat katibinin sözlərinə görə, İ. Quliyevanın müalicəsi ev şəraitində davam etdiriləcək. F. Ələkbərli deyib ki, gələn həftənin əvvəlində sənətçi mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, İ.Quliyeva iyunun 1-də gecə saatlarında hipertonik krizis diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxansına yerləşdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR