Röya: “Mənim rəqibim yoxdur”

Röya: “Mənim rəqibim yoxdur”
# 22 iyun 2007 08:05 (UTC +04:00)
Sənətçi bir müddət əvvəl “meqa-star” sözünün bədəninə yazdırmasını qəbahət hesab etmədiyini bildirib. O, heç vaxt Tofiq Bəhramov adına Respublika Stadionunda konsert verməyəcəyini də bildirib: “Mən “Şəfa” stadionunda konsert verəndə bilet satışı ilə 16 min tamaşaçı yığmışdım. Respublika Stadionunda isə nə qədər adam toplaya biləcəyimi bilmirəm. Ümumiyyətlə, mən heç zaman Tofiq Bəhramov adına Stadionda konsert vermərəm”. Hazırda özünü yaxşı hiss etdiyini deyən Röya ağır xəstəlik yaşadığı barədə yayılan xəbərləri təkzib edib: “Söz-söhbət gəzdirdi ki, çox ağır xəstəlik keçirmişəm. Ancaq bunun bir ağırlığı yox idi. Sadəcə, ağrılarım vardı, artıq problemi yoluna qoyduq. Artıq hər şey əladır. Vaxtında yeməyimə fikir versəydim, bu problem ortaya çıxmazdı”. Sənətçi rəqibinin olmadığını da vurğulayıb: “Röya bir dənədir. Bu gün hərə bir cür oxuyur. Mən hələ ki, özüm kimi oxuyan tanımadığımdan rəqibim yoxdur. Özümü də heç vaxt kiməsə oxşatmağa çalışmamışam. Dünya estradasından Bions xoşuma gəlir, ancaq özümü heç ona da bənzətmirəm”. Yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini deyən Röya orada yeni layihələr həyata keçirəcəyini qeyd edib. Lakin o, layihələrin nədən ibarət olduğunu açıqlamayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR