İstanbulda ifşa edilən əxlaqsızlıq yuvasının xidmətindən istifadə edənlər arasında məşhur sənətçi və futbolçular da olub

İstanbulda ifşa edilən əxlaqsızlıq yuvasının xidmətindən istifadə edənlər arasında məşhur sənətçi və futbolçular da olub
# 17 iyul 2007 14:01 (UTC +04:00)
İstanbul Əmniyyət Müdürlüyü tərəfindən 13 may 2007-ci il tarixdə keçirilən “Gecə quşu” adlı əməliyyat bir sıra gizli məqamlara aydınlıq gətirib. APA-nın Türkiyə bürosunun məlumatına görə, əməliyyat nəticəsində rus qızlarının çalışdığı əxlaqsızlıq yuvaları saxlayan şəbəkə çökdürülüb. Bəlli olub ki, şəbəkəyə rüşvət müqabilində polis, hakim və prokuror vəzifəsi daşıyan bəzi şəxslər himayədarlıq edirmiş. Şəbəkənin telefonlarını dinləməyə başlayan Türkiyənin bir sıra məşhur adamlarının rus fahişələrin xidmətindən istifadə etdiyini aşkara çıxarıb. Onların arasında müğənnilərdən Haluk Levent, Sərdar Ortaç və Rober Hatemo, futbolçulardan Necati Atəş və Sərgən də var. Polisdəki qaynaqların məlumatına görə, Haluk Levent İrina adlı rus qadınla birlikdə olmaq üçün kredit kartından 100 dollar başqa hesaba pul köçürüb və qadına “səni klipimdə çəkəcəyəm” deyib. Bundan başqa, Rober Hatemo və Sərdar Ortaçın kliplərində çəkilən qızların da bu şəbəkəyə aid olduğu açıqlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR