Faiq Ağayev: “İlhamə xanım meqa-starların meqa-starıdır”

Faiq Ağayev: “İlhamə xanım meqa-starların meqa-starıdır”
# 03 avqust 2007 08:20 (UTC +04:00)
“İlhamə xanım meqa-starların meqa-starıdır. Buna heç kimin şəkki-şübhəsi yoxdur. Azərbaycan estradasında fəaliyyət göstərən müğənnilər arasında həm staj baxımdan, həm sizə qarşı olan maraq baxımından meqa-starların meqa-starı İlhamə xanımdır. Bunu meqa-star Faiq Ağayev söyləyir”. Bu açıqlamanı APA-ya əməkdar artist Faiq Ağayev verib. Meqa-starlığın son zamanlar ən qalmaqallı mövzularından birinə çevrildiyini bidlriən sənətçi, bu yaxınlarda verilişlərin birində onun sözlərinin düzgün anlaşılmadığını söyləyib: “Bir var ölkəni ölkənin hüdudlarından kənarda məşhur edən dünyamiqyaslı meqa-star, biri də var ölkə daxilində meqa-star. Ölkə daxilində olan meqa-starın mahnıları televiziya və radiolardan düşməməli, klipləri daima nümayiş olunmalıdır, konsertinin müddətindən asılı olmayaraq o müğənniyə tələbat olmalıdır. Neçə gün konsert versə, onu dinləmək istəyən tamaşaçısı olmalıdır. Bu baxımdan Azərbaycanda bir neçə meqa-star var. Görünür, bəzi pis xislətli insanlar, mənimlə İlhamə xanımın arasını bir daha vurmaq istəyirlər. Ona görə də İlhamə xanıma bu məsələni təhrif olunmuş formada çatdırıblar. Mən İlhamə xanımı həqiqətən sevirəm, 5 yaşımdan anamı və nənəmi İlhamə xanıma elçi getməyə məcbur etmişdim”. Bu gün ölkə daxilində meqa-starlıq mübarizəsi getdiyini də vurğulayan sənətçi, Azərbaycanda 6 meqa-starın olduğunu deyib: “Aygün Kazımova da meqa-star hesab olunur. O, xoşagəlməz hadisələrlə qarşılaşdı, nəinki meqa-starlığı, bəzi bədxahları tərəfindən hətta starlığı şübhə altına alındı. Amma qayıtdı və təsdiqlədi ki, o, star və meqa-stardır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR