Ruslana və “Latin” qrupu Azərbaycana gəlir

Ruslana və “Latin” qrupu Azərbaycana gəlir
# 13 avqust 2007 11:12 (UTC +04:00)
Bu barədə APA-ya konsertin təşkilatçısı olan “S.A.Organization”un nümayəndəsi Möhtərəm Öz məlumat verib. Onun sözlərinə görə, konsert “Amburan” istirahət mərkəzində təşkil olunacaq. Konsertdə Ruslana rəqs qrupu ilə birgə çıxış edəcək. VİP yerlər üçün 180 manata satılan konsertin biletləri artıq qurtarıb. Qalan yerlər üçün sıradan asılı olaraq 100,120, 140 manat təşkil edir. M.Özün sözlərinə görə, konsert izləyicilərni bir sıra sürprizlər gözləyir. Ruslana Bakıya bir gün öncədən gələcək.
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyi və “Ayna-Zerkalo” qəzetinə məxsusdur.
Əlavə məlumat almaq istəyənlər 418-18-23 və (050) 746-86-86 nömrələri ilə əlaqə saxlaya bilərlər. /APA/




















#
#

ƏMƏLİYYAT İCRA OLUNUR