Bob Dilan mahnılarının müəllif hüququnu satıb

Bob Dilan mahnılarının müəllif hüququnu satıb
# 07 dekabr 2020 18:00 (UTC +04:00)

Amerikalı musiqiçi və şair Bob Dilan bütün mahnılarının müəllif hüququnu “Universal Music Publishing Group”a satıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bura musiqiçinin 60 il ərzində yazdığı 600-dən çox mahnı daxildir.

Razılaşmanın detalları açıqlanmasa da “New York Times” qəzeti müqavilənin 300 milyon dollardan çox məbləğə bağlandığını bildirib.

Qeyd edək ki, Bob Dilan “Amerika musiqi ənənələrində yeni poetik ifadələr yaratdığına görə” 2016-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR