Harrison Ford yenidən İndiana Consu canlandıracaq

Harrison Ford yenidən İndiana Consu canlandıracaq
# 05 fevral 2020 10:45 (UTC +04:00)

Amerika aktyoru Harrison Ford macəraaxtaran İndiana Cons haqqındakı franşizanın çəkilişlərində iştirak edəcək.

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, “Lucasfilm”in rəhbəri Kerlin Kennedi sayca beşinci ekran işində Fordun çəkiləcəyini təsdiqləyib.

Hazırda ssenari üzərində işlərin yekunlaşmaqda olduğunu bildirən K.Kennedi yeni filmin əvvəlkilərin davamı olacağını vurğulayıb.

Yeni filmin adı hələ məlum deyil.

Qeyd edək ki, H.Ford macəraaxtaran İndiana Cons haqqında filmlərə 1981-ci ildən çəkilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR