Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxub

Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxub
# 23 mart 2020 10:52 (UTC +04:00)

Həbsdə olan tanınmış Hollivud prodüseri Harvey Vaynştayn koronavirusa yoluxub.

APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, Nyu-York Ştatının İslaha Nəzarət və Polis Yardımsevərliyi Assosasiyasının Prezidenti Maykl Pouver Harvey Vaynştaynın karantinə alındığını bildirib.

Hazırda Vaynştaynın Buffalo yaxınlığındakı Vende həbsxanasında olduğu deyilir. Produserin vəkili İmran Ansari bildirib ki, bu barədə onlara məlumat verilməyib: "Vaynştaynın sağlıq problemlərini nəzərə alaraq bu xəbər bizi çox narahat edir və vəziyyəti yaxından izləyəcəyik".

Xatırladaq ki, Nyu-York məhkəməsi keçmiş prodüser Harvey Vaynştayna 23 il həbs cəzası verib.

Prodüser təcavüz və cinsi zorakılıqda günahlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR