“Instagram”da canlı yayıma çıxan rumıniyalı müğənni yol qəzasına düşərək ölüb

“Instagram”da canlı yayıma çıxan rumıniyalı müğənni yol qəzasına düşərək ölüb
# 20 avqust 2020 10:36 (UTC +04:00)

Rumıniyalı müğənni Tavi Pustiu yol qəzasında ölüb.

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ifaçı sükan arxasında olan zaman “Instagram”da canlı yayıma çıxıb.

Onun idarə etdiyi avtomobil qatarla toqquşub. Nəticədə 29 yaşlı T. Pustiu hadisə yerində ölüb, onun həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Polis hadisənin dəmir yolu keçidində yol hərəkəti qaydalarına əməl olunmaması səbəbindən baş verdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR