“La Casa de Papel” serialının 4-cü mövsümünün nümayişi başlayıb

“La Casa de Papel” serialının 4-cü mövsümünün nümayişi başlayıb
# 03 aprel 2020 12:16 (UTC +04:00)

“La Casa de Papel” (“Kağız ev”) serialının 4-cü mövsümü Netflix platformasına yerləşdirilib.

APA-nın sozcu.com.tr-yə istinadən verdiyi xəbərə görə, tamaşaçılar aprelin 3-dən etibarən serialın 4-cü mövsümünü izləyə biləcəklər.

Netflixdə nümayiş olunan serialın 4-cü mövsümündə nələrin baş verəcəyini tamaşaçılar böyük maraqla gözləyirlər.

Qeyd edək ki, İspaniya istehsalı olan “La Casa de Papel” serialının ilk mövsümü 2017-ci ildə çəkilib. Sonradan Netflix seriala olan marağı nəzərə alaraq yayım hüquqlarını əldə edib. Serialın baş rollarında Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR