"Netflix" koronavirusla əlaqədar çəkilişləri dayandırıb

"Netflix" koronavirusla əlaqədar çəkilişləri dayandırıb
# 16 mart 2020 16:32 (UTC +04:00)

Şimali Amerikada yeni növ koronavirusun yayılması ilə əlaqədar “Netflix” şirkəti serial və filmlərin istehsalını dayandırıb.

APA-nın “The Hollywood Reporter”a istinadən verdiyi xəbərə görə, qərar iki həftə davam edəcək.

Aktyor Dueyn Conson isə “Instagram”da baş rolda oynadığı “Qırmızı xəbərdarlıq” filminin çəkilişlərinin dayandırıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR