Rusiyanın tanınmış aktyoru Mixail Yefremov qəzaya düşüb

Rusiyanın tanınmış aktyoru Mixail Yefremov  qəzaya düşüb
# 09 iyun 2020 10:33 (UTC +04:00)

Rusiyanın tanınmış aktyoru Mixail Yefremov yol qəzasına düşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Hadisə iyunun 8-də, axşam saatlarında Moskvada baş verib. “Jeep Grand Cherokee” avtomobili idarə edən Yefremov qarşıdakı zolağa çıxaraq, “Lada” avtomobili ilə toqquşub.

Nəticədə “Lada”nın sürücüsü kəllə-beyin travması alıb.

Ekspertiza aktyorun sərxoş olduğunu müəyyənləşdirib. O, xəsarət almayıb.

Aktyora qarşı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR