ABBA 40 ildən sonra yeni albom buraxıb

ABBA

© APA | ABBA

# 05 noyabr 2021 11:01 (UTC +04:00)

İsveçin məşhur ABBA qrupu 40 ildən sonra albom buraxıb.

APA-nın məlumatına görə, bu barədə qrupun rəsmi internet səhifəsində deyilir.

Məlumata görə, "Voyage" adlı yeni albom cümə günü təqdim olunub.

"ABBA yeni "Voyage" albomu ilə geri dönür", - qrupun internet saytında bildirilir.

Qeyd olunur ki, albom artıq musiqi internet xidmətlərində, həmçinin CD və audiokassetlərdə dinləmək üçün əlçatandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR