Fədayə Laçın: "Sevənlərimdən üzr istəyirəm" - FOTO - VİDEO

Fədayə Laçın: "Sevənlərimdən üzr istəyirəm" - FOTO - VİDEO
# 29 oktyabr 2019 11:46 (UTC +04:00)

Bu gün həbsdən azadlığa buraxılan Fədayə Laçın jurnalistlərin suallarını cavablandırıb.

APA-nın məlumatına görə, evində media təmsilçiləri ilə görüşən müğənni ona dəstək olan hər kəsə təşəkkür edib: “Bundan sonra sənətimlə məşğul olacağam”.

F.Laçın başına gələn xoşagəlməz hadisədən təəssüfləndiyini bildirib və sevənlərini məyus etdiyini üçün onlardan üzr istəyib: “Təəssüf ki başıma belə bir xoşagəlməz hadisə gəldi. Bilirəm ki, buna görə məni sevənlər çox üzüldü. Onları məyus etdiyim üçün üzr istəyirəm. Söz verirəm ki, bir daha onları üzməyəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR