Model və musiqiçi Nick Kamen vəfat edib

Nick Kamen

© APA | Nick Kamen

# 06 may 2021 10:50 (UTC +04:00)

Dünyaca məşhur model və musiqiçi Nick Kamen 59 yaşında vəfat edib.

APA-nın “Sozcu.com.tr”yə istinadən verdiyi xəbərə görə, ailəsi musiqiçinin uzun sürən xəstəlikdən həyatını itirdiyini deyib.

Kamenin karyerası 1985-ci ildə oynadığı bir reklam filmi sayəsində dəyişib. Reklamdakı rolu ilə Madonnanın diqqətini çəkən Kamen özünü pop ifaçı kimi sınayıb və onun dəstəyi ilə 1986-cı ildə “Each Time You Break My Heart” adlı musiqi ilə məşhurlaşıb. 1987-1992-ci illərdə daha dörd mahnıya imza atan Kamen 1996-cı ildə “Loving You Is Sweeter Than Ever” mahnısını yenidən ifa edərək hit olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR