Türkiyə “Avroviziya” müsabiqəsinə qatılmaq üçün danışıqlara başlayıb

Türkiyə “Avroviziya” müsabiqəsinə qatılmaq üçün danışıqlara başlayıb
# 22 iyun 2021 13:50 (UTC +04:00)

Türkiyə “Avroviziya” mahnı müsabiqəsinə yenidən qatılmaq istəyir.

APA-nın məlumatına görə, bu barədə TRT-nin baş direktoru İbrahim Eren məlumat yayıb.

O, sosial media hesabında qeyd edib ki, yarışmaya qatılmaq barədə danışıqlara başlanılıb. Danışıqlar müsbət nəticə verdiyi halda Türkiyə gələn il müsabiqədə yer alacaq.

Qeyd edək ki, 2013-cü ildən bəri Türkiyə "Avroviziya" müsabiqəsində iştirak etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR