Byork yeni filmə çəkilir

Byork yeni filmə çəkilir
# 20 avqust 2020 18:06 (UTC +04:00)

İslandiya müğənnisi Byork vikinqlərdən bəhs edən “Şimallı” filmində rol alacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Robert Eqqersin rejissor olduğu filmdə Nikol Kidman, Aleksandr və Bill Skarsqardlar, eləcə də Uilyyam Defo kimi aktyorlar oynayacaq.

Qeyd edəki, Byork Lars Fon Triyerin “Qaranlıqda rəqs edən” filmindəki ifasına görə 2000-ci ildə Kann kinofestivalında "Ən yaxşı aktrisa" adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR