Corcio Armani koronavirusla mübarizə üçün 1.4 milyon dollar yardım edib

#
# 13:42
10 mart 2020

Modelyer və sənayeçi Corcio Armani koronavirusla (COVID-19) mübarizə ilə üçün İtaliya xəstəxanalarına 1.4 milyon dollar yardım edib.

APA-nın “RİA”Novostiyə istinadən verdiyi xəbərə görə, dizayner üç tibb müəssisəsinə pul köçürüb.

C.Armaninin Milandakı şirkətinin əməkdaşları evdə çalışır, istehsalatda işləyənlərin isə sayı əhəmiyyətli dərəcədə azaldılıb.

Qeyd edək ki, hazırda İtaliya koronavirusun ən çox yayıldığı Avropa ölkəsidir.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR