"Eurovision-2020” mahnı müsabiqəsi koronavirusa görə təxirə salınıb.
APA-nın xəbərinə görə, bununla bağlı "Eurovision-2020”-nin rəsmi “Facebook” hesabında məlumat verilib.
Qeyd olunub ki, müsabiqənin gələn il Rotterdam şəhərində keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.
“Eurovision-2020” müsabiqəsi 12-16 may tarixlərində Niderlandın Rotterdam şəhərində keçiriləcəkdi. Azərbaycanı müsabiqədə Samirə Əfəndi təmsil edəcəkdi.