Çempionluq matçı təxirə salınacaq

Çempionluq matçı təxirə salınacaq
# 29 iyun 2020 16:20 (UTC +04:00)

Şahmat üzrə dünya çempionu adı uğrunda matç təxirə salınacaq.

Apasport.az saytının məlumatına görə, bunu FİDE-nin prezidenti Arkadi Dvorkoviç açıqlayıb.

O bildirib ki, hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə İddiaçılar Turnirinin qalibi arasında duel 2021-ci ilə keçiriləcək: “Dünya çempionu adı uğrunda matç bütün bu hadisələrlə əlaqədar praktiki olaraq gələn ilə keçiriləcək. Bu barədə qeyri-formal danışmışıq, formal qərar isə yaxın zamanda veriləcək. Biz müxtəlif variantları - həm yaz, həm payızı müzakirə edirik. Amma qərar sonra açıqlanacaq”.

Qeyd edək ki, bu ilin martında Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turniri I dövrədən sonra koronavirusa görə dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR