Dünya çempionatına gedəcək Azərbaycan şahmatçılarının adları açıqlanıb

Dünya çempionatına gedəcək Azərbaycan şahmatçılarının adları açıqlanıb
# 17 dekabr 2019 10:55 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskvada keçiriləcək blits və rapid üzrə dünya çempionatına qatılacaq Azərbaycan şahmatçılarının adları dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, dekabrın 25-30-da baş tutacaq mundialda ölkəmiz 10 zəka sahibi ilə təmsil olunacaq.

Şahmatın hər iki növündə Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Qədir Hüseynov, Rauf Məmmədov, Namiq Quliyev, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Günay Məmmədzadə, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyeva mübarizə aparacaqlar.

Qeyd edək ki, rapid növü üzrə oyunlar dekabrın 25-28-də olacaq. Son 2 gündə isə şahmatçılar blits növündə lövhə arxasına keçəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR