FİDE prezidenti: "İddiaçılar turniri bu il başa çatdırılacaq"

FİDE prezidenti: "İddiaçılar turniri bu il başa çatdırılacaq"
# 04 may 2020 17:49 (UTC +04:00)

Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun qatılmaqdan imtina etdiyi, koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan şahmat üzrə İddiaçılar turniri 2020-ci ilin sonuna qədər başa çatdırılacaq.

Apasport.az saytının məlumatına görə, bunu FİDE prezidenti Arkadi Dvorkoviç deyib.

O, turnirin yenidən təxirə salınma ehtimalını təkzib edib: “İlin sonunadək kifayət qədər vaxt var. Zərurət yaranarsa, şahmat tacı uğrunda oyun təxirə salına bilər. Amma İddiaçılar turnirini şübhəsiz ki, bu il yekunlaşdırmağı planlaşdırırıq”.

Dvorkoviç bildirib ki, FİDE koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılmasının yayın ortalarından gec olmayacağına ümid edir. Bu üzdən də İddiaçılar turniri avqust-sentyabrda keçirilə bilər. Hadisələrin axarından asılı olaraq, dünya çempionu adı uğrunda matç planlaşdırıldığı kimi dekabra təsadüf etməsi mümkündür: “Hələlik turniri dekabrdan sonraya keçirməyi planlaşdırmırıq. Eksponun təşkilatçılarla məsləhətləşmələri davam edirik. Bu sərgi yəqin ki, təxirə düşəcək. Amma bu o anlama gəlmir ki, biz Dubayda yarış keçirə bilmərik. İddiaçılar turnirinin dayandırılması yeganə düzgün addım idi. Yaxın bir neçə həftədə hər şeyə aydınlıq gələcək”.

Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində keçirilən İddiaçılar turniri martın 16-da start götürüb. Aprelin 4-dək davam etməli yarış martın 26-da dayandırılıb. İlk dövrəsi başa çatan yarış VIII turdan davam edəcək.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR