Teymur Rəcəbov uduzub, 3-cü yer uğrunda fransalı şahmatçı ilə oynayacaq

Teymur Rəcəbov uduzub, 3-cü yer uğrunda fransalı şahmatçı ilə oynayacaq
# 13 fevral 2021 00:01 (UTC +04:00)

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində yarımfinal mərhələsinin ikinci matçları keçirilib.

Apasport.az saytının məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın yeddinci günündə finalçılar müəyyənləşib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Fevralın 11-də keçirilən ilk matçda 1,5:2,5 hesabı ilə uduzan qrossmeysterimiz ikinci oyunda revanş almaq üçün mübarizə aparsa da, istəyini reallaşdıra bilməyib. İlk 2 görüşdə heç-heçə oynayan qrossmeysterimiz üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüb. Nəticədə 4-cü oyun keçirilməyib və qələbə qazanmaq şansını itirən Rəcəbov 3 matçın yekununa əsasən finala yüksələ bilməyib.

Məğlubiyyətə baxmayaraq, o, 3-cü yer uğrunda yarışacaq. Təmsilçimizin rəqibi digər yarımfinal cütündə Maqnus Karlsenə (Norveç) uduzan Maksim Vaşye-Laqrav (Fransa) olacaq.

Çempion titulu uğrunda görüşdə isə Karlsen Sonu sınağa çəkəcək.

Qeyd edək ki, final və 3-cü yer uğrunda ilk matçlar fevralın 13-də keçiriləcək, turnirə ertəsi gün yekun vurulacaq.

“Opera Euro Rapid”
Yarımfinal, ikinci matç
12 fevral

20:00. Teymur Rəcəbov (Azərbaycan) - Uesli So (ABŞ) - 1:2 (0,5:0,5, 0,5:0,5, 0:1)

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR