Şəhriyar Məmmədyarov “2021 Superbet Chess Classic” turnirinin qalib olub

Şəhriyar Məmmədyarov

© APA | Şəhriyar Məmmədyarov

# 14 iyun 2021 17:31 (UTC +04:00)

Azərbaycanın iki şahmatçısının qatıldığı “2021 Superbet Chess Classic” turniri başa çatıb.

Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz Şəhriyar Məmmədyarov yarışın qalibi olub.

Sonuncu - IX turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edən qrossmeysterimiz xal hesabını 6-ya çatdırıb. Bununla da Şəhriyar yarışı birinci pillədə başa vurub.

Digər təmsilçimiz Teymur Rəcəbov turniri 4,5 xalla bitirib. O, son turda ermənistanlı Levon Aronyanla heç-heçə edib.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR