Teymur Rəcəbov dünyanın ən gənc qrossmeysterləri siyahısında geriləyib

Teymur Rəcəbov

© APA | Teymur Rəcəbov

# 24 may 2021 16:50 (UTC +04:00)

Fransalı şahmatçı Mark Andriya Mauritsi dünyanın ən gənc qrossmeysterləri siyahısına daxil olub.

Apasport.az saytının məlumatına görə, bu ada 14 yaş 5 günlüyündə layiq görülən şahmatçı Fransa rekorduna imza atıb.

O, 1997-ci ildə rekord vuran Etyen Bakronu arxada qoyub.

Yeniyetmə qrossmeyster həm də dünya şahmat tarixində 13-cü nəticəyə imza atıb. Mautitsi Azərbaycan rekordçusu Teymur Rəcəbovu da mövqeyindən sıxışdırıb.

Qrossmeyster adını 14 yaş 14 günlüyündə qazanan Teymur 14-cü sıraya yuvarlanıb. Ukraynalı Ruslan Ponomaryov isə 15-ci sıraya enib.

Qeyd edək ki, tarixin ən gənc qrossmeysteri Sergey Karyakindir. Ukraynalı buna 12 yaş 7 aylığında nail olub. Hazırkı dünya çempionu Maqnus Karlsen siyahıda 7-cidir. Norveçli 13 yaş 4 ay 27 günlüyündə bunu reallaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR