“Lokomotiv”in avrokubok matçının hakimi azərbaycanlı olacaq

“Lokomotiv”in avrokubok matçının hakimi azərbaycanlı olacaq
# 06 dekabr 2019 09:28 (UTC +04:00)

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Əliyevə növbəti dəfə etimad göstərib. 

Apasport.az saytının məlumatına görə, həmyerlimiz CEV kubokunun 1/16 final mərhələsində iş başında olacaq. 

O, kişi voleybolçular arasında keçiriləcək “Lokomotiv” (Rusiya) – “Çaumont” (Fransa) klubları arasında ilk görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Dekabrın 11-də Novosibirskdə təşkil olunacaq görüşdə əsas referi serbiyalı Mirko Yankoviç olacaq. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR