Avropa miqyaslı voleybol yarışları dayandırılıb

Avropa miqyaslı voleybol yarışları dayandırılıb
# 13 mart 2020 17:35 (UTC +04:00)

Avropa Voleybol Konfederasiyasının (CEV) bayrağı altında keçirilən bütün yarışlar dayandırılıb.

Apasport.az saytının məlumatına görə, qurum bu addımı koronavirus epidemiyası üzündən atıb.

Həm yığma, həm klub səviyyəsində bütün yarışlarda aprelin 2-dək fasilə yaranıb. Yalnız bir avrokubok cütünün qarşılaşmaları istisna təşkil edib.

Kişilər arasında CEV kubokunun yarımfinal mərhələsinin “Lokomotiv” və “Zenit” arasında matçları eyni ölkədə oynanıldığı üçün baş tutacaq. Bu görüşlər martın 19-da və 26-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR