Azərbaycan çempionatında yeni komanda oynayacaq

Azərbaycan çempionatında yeni komanda oynayacaq
# 14 dekabr 2019 15:09 (UTC +04:00)

Kişi voleybolçular arasında Yüksək Liqada komanda sayında dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, bu gün start götürən Azərbaycan çempionatına yeni komanda qoşulub.

Bu, "Ekspress" klubudur. Ötən il birinci divizionda çıxış edən komanda bu il son anda Yüksək Liqada mübarizə aparmaq qərarına gəlib. Beləliklə, elitadakı komanda sayı 8-ə yüksəlib.

2019-20 mövsümündə "Ekspress"lə yanaşı, “Neftçi”, “Murov”, “Azərreyl”, MOİK, “Xilasedici”, “Sərhədçi” və Gürcüstan çempionluq uğrunda mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR