Azərbaycan millisi Avropa Voleybol Konfederasiyasının reytinqində 5-ci yerə yüksəlib

Azərbaycan millisi Avropa Voleybol Konfederasiyasının reytinqində 5-ci yerə yüksəlib
# 20 yanvar 2020 12:46 (UTC +04:00)

Avropa Voleybol Konfederasiyası kişi və qadın komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun rəhbərlik etdiyi kişilərdən ibarət Azərbaycan yığması mövqeyini itirib.

Komandamız 3 pillə geriləməklə, 32-ci yerə enib. Təmsilçimizin aktivində 90 xalı var.

47 ölkənin yer aldığı siyahıya yenə Serbiya başçılıq edir. 244 xala malik olan komanda ikinci pillədə yer alan Rusiyanı 8 xal qabaqlayır. “Üçlüy”ü 229 xalla Belçika qapayır.

Kişi voleybolçulardan fərqli, qadınlardan ibarət Azərbaycan yığması 6 pillə irəliləyib. Avropada 5-ci yerə yüksələn millimiz 225 xala malikdir. 44 komandanın yer aldığı cədvəldə də Serbiya (250 xal) birincidir. Onlarla yanaşı, ölkəmizi yalnız Türkiyə, İtaliya və Niderland (hamısı 236) qabaqlayır.

Top-10-da Rusiya, Almaniya, Bolqarıstan, Polşa kimi aparıcı yığmalar geriləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR