Azərbaycan millisinin lisenziya turniri üçün heyəti açıqlanıb

Azərbaycan millisinin lisenziya turniri üçün heyəti açıqlanıb
# 05 yanvar 2020 15:11 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyəti dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Vasif Talıbov 11 günlük təlim-məşq toplanışının yekununa əsasən Niderlandda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində güvənəcəyi oyunçuları müəyyənləşdirib.

Yanvarın 7-12-də Apeldorn şəhərində baş tutacaq yarışda kapitan Odina Əliyeva ilə yanaşı, əsas blokçu Olena Həsənova da oynamayacaq.

Azərbaycan millisinin heyəti
Toppaylayıcılar: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova,
Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk
Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova
Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva,

Baş məşqçi: Vasif Talıbov
Məşqçilər: Famil Ağayev, Eldar Yusubov

Qeyd edək ki, yığmamız yarışda A qrupunda mübarizə aparacaq. Komandamız Niderland, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR