Azərbaycan millisinin oyunçusu Türkiyə klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin oyunçusu Türkiyə klubu ilə müqavilə imzalayıb
# 16 may 2020 20:23 (UTC +04:00)

Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakova karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu “Sarıyer Bələdiyespor”la müqaviləsini artırıb.

O, Sultanlar Liqası komandası ilə 1 illik yeni razılıq əldə edib.

Qeyd edək ki, milliləşdirilmiş legioner 2016/2017 mövsümündən qonşu ölkədə oynayır. Yığma üzvü 1 il “Bursa BBSK”da oynadıqdan sonra 3 mövsümdür “Sarıyer Bələdiyespor”da çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR