Azərbaycanlı hakim “Beylikdüzü” – “Slaviya” matçına təyinat alıb

Azərbaycanlı hakim “Beylikdüzü” – “Slaviya” matçına təyinat alıb
# 17 dekabr 2019 09:09 (UTC +04:00)

Avropa Voleybol Konfederasiyası daha bir azərbaycanlı hakimə təyinat göndərib.

Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”ın 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Beylikdüzü” (Türkiyə) – “Slaviya” (Slovakiya) görüşündə Fuad Ağayev referilik edəcək.

Həmyerlimiz dekabrın 18-də qadın voleybolçular arasında baş tutacaq matça ikinci hakim kimi dəvət alıb. Görüşdə əsas fit sahibi yunanıstanlı Nikolas Angelidis olacaq.

Qeyd edək ki, bu komandaların ilk matçında Bratislava təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR