Olimpiya çempionu 55 yaşında meydana qayıdır

Olimpiya çempionu 55 yaşında meydana qayıdır
# 21 yanvar 2020 16:20 (UTC +04:00)

Rusiya voleybolunun əfsanələrindən olan İrina Kirillova karyerasını bərpa edir.

Apasport.az saytının məlumatına görə, məşhur toppaylayıcı 55 yaşında yenidən meydana dönür.

Karyerasını 9 il əvvəl başa vuran İ.Kirillova İtaliyanın “Assicar Novara” klubunda çıxış edəcək. 1988-ci ildə keçirilmiş Seul Olimpiadasının qalibi regional liqa sayılan C seriyası təmsilçisinə kömək etməyə çalışacaq. Onun bu addımına səbəb İtaliya təmsilçisinin ehtiyat toppaylayıcısız qalmasıdır.

Qeyd edək ki, İ.Kirillova karyerası ərzində SSRİ, Rusiya və Xorvatiya millilərində oynayıb, həmçinin sonuncu iki komandada məşqçi kimi çalışıb. O, SSRİ yığması ilə Olimpiya (1988), dünya (1990), Avropa (1989) və Xoşməramlı Oyunlar (1986) çempionu olub. Voleybolçu 5 dəfə SSRİ, 1 dəfə Yuqoslaviya, 3 dəfə Xorvatiya, 2 dəfə İtaliya, 1 dəfə Rusiya çempionu, 6 dəfə Çempionlar Liqasının, 2 dəfə CEV kuboku, 2 dəfə Kuboklar Kuboku, 1 dəfə Superkubokun qalibi adına yiyələnib. İ.Kirilova SSRİ-də 3 ölkə kuboku, İtaliyada 3 kubok və 2 Superkubok qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR