Türkiyənin basketbol klubunun avtobusu qəzaya düşüb, 13 nəfər xəsarət alıb

Türkiyənin basketbol klubunun avtobusu qəzaya düşüb, 13 nəfər xəsarət alıb
# 09 fevral 2020 14:42 (UTC +04:00)

Türkiyənin əlil basketbolçulardan ibarət "Malatya Böyükşəhər Bələdiyyəspor" komandası qəzaya uğrayıb.

Apasport.az saytının məlumatına görə, hadisə Diyarbakır-Mardin yolunda baş verib.

III liqanın C qrupunda yer alan komandanı "Mardin Qızıltəpə" ilə görüş üçün səfərə aparan avtobus güclü qar yağması səbəbindən yoldan çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində sürücü, 10 idmançı, baş məşqçi və bir klub nümayəndəsi xəsarət alıb. Yaralılar avtobusdan çıxarılaraq yaxın ərazidəki xəstəxanaya aparılıblar.

Qeyd edək ki, "Mardin Qızıltəpə" - "Malatya Böyükşəhər Bələdiyyəspor" matçı bu gün keçirilməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR